Rusiya gözəli faciəvi şəkildə öldü - FOTO

14 Avqust 2025 17:20

Rusiyalı model və "Miss Universe" gözəllik müsabiqəsinin iştirakçısı Kseniya Aleksandrova 30 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə "Modus Vivendis" model agentliyi sosial şəbəkədə məlumat yayıb.

Məlumata görə, ötən ay model avtomobil qəzasına düşüb. Kseniya ağır xəsarət alıb. Bir müddət reanimasiyada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

"Miss Universe" təşkilatçıları da Kseniyanın ölümünü təsdiqləyərək sosial mediada ona həsr olunmuş paylaşım ediblər və modelin ailəsinə başsağlığı veriblər.

Agentliyin açıqlamasında Kseniyanın parlaq, istedadlı və ətrafına hər zaman sevgi, dəstək və ilham bəxş edən bir insan olduğu vurğulanıb:

"O, bizim üçün gözəllik, xeyirxahlıq və daxili güc simvolu olaraq qalacaq".

Fidan
Milli.Az