“20 Yanvar”da doğulan uşaq bu yaşına kimi metrodan pulsuz istifadə edəcək

14 Avqust 2025 16:19

Bakı metropoliteninin "ən gənc sərnişini"nə xüsusi sertifikat təqdim olunub.

Milli.Az xəbər verir ki, bu gün Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında dünyaya gəlmiş körpə Respublika Klinik Xəstəxanasından evə buraxılıb.

Metropoliten əməkdaşları xəstəxanadan çıxan körpə və anasını qarşılayıb, ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ verən sertifikat və simvolik hədiyyələr təqdim ediblər.

Milli.Az