Bu bürclər kompromisə getmir, tənqidə sərt reaksiya verir və çox vaxt qarışıq hisslər yaradırlar.
Milli.Az xəbər verir ki, "Collective World" ən çətin ünsiyyət qurulan üç bürcü seçib.
Əkizlər
Əkizlər - saf dualıqdır. Onlar həm sosial, həm də zarafatcıl ola bilərlər, amma bir an sonra qapalı və ironik davranış sərgiləyə bilərlər.
Onların əhval-ruhiyyəsi saniyələr içində dəyişir ki, bu da yaxınlarını belə çaşdırır. Əkizlərlə ünsiyyət qurmaq çətindir, çünki bu gün qarşınızda zarafatçı yoxsa tənqidçi olacağını heç vaxt bilməzsiniz.
Əqrəb
Əqrəbin odlu temperamentı var və xəyanəti bağışlamır. Bu bürc manipulyasiya etməyi, məsafəni qorumağı və eyni zamanda ehtiraslı olmağı bacarır.
Onların dərinliyi və emosional intensivliyi başqalarını qorxuda bilər. Əqrəblər ilk baxışdan etibar etməzlər, hörmətini qazanmaq üçün sınaqdan keçmək lazımdır.
Dolça
Dolça intellektual üsyankardır, sərhədləri qəbul etməz və nəzarətdən xoşu gəlməz. Onlar öz qaydaları ilə yaşayır, bu da münasibətlərdə tez-tez gərginlik yaradır.
Dolçanı "oxumaq" çətindir, çünki onlar hisslərini soyuqqanlılıq maskasının arxasında gizlədirlər. Dolça ilə ünsiyyət çətindir, çünki onlar həmişə "sistemin xaricində"dir və bundan qürur duyurlar.
Kənan
Milli.Az