"Baldızım başıma təpik vurdu,öldürmək istəyirdilər" - Özcanın arvadından şok iddialar

14 Avqust 2025 16:25

Sənətçi Özcan Deniz anası Kadriyə Deniz və qardaşı Ercan Denizlə bütün əlaqələrini kəsib. O, sosial şəbəkədə yayılan açıqlamasında ailəsinin ona xəyanət etdiyini və övladına qarşı düşmən münasibət göstərdiyini iddia edib.

Milli.Az xəbər verir ki, Deniz həmçinin 2008-ci ildə yaşadığı silahlı hücumun arxasında qardaşının olduğunu bildirib:

"O gecə öləcəkdim, güllə damarıma 1 millimetr qalmış dayandı."

Sənətçinin həyat yoldaşı Samar Dadgar da qayınanası və baldızından fiziki zorakılıq gördüyünü açıqlayıb:

"Qayınanam məni pilləkəndən atacaqdı, baldızım qapı başıma təpik vurdu, məni öldürmək istəyirdilər."

Özcan Deniz ailəsinə sərt mesaj göndərərək vasiyyətində qeyd edib ki, "Ölsəm cənazəmə gəlməyin, gəlsəniz daşlanarsınız."

Deniz həmçinin maddi mübahisələri də gündəmə gətirərək qardaşından evlərin ipotek borclarını ödəməsini tələb edib.

Milli.Az