Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə təsdiqlənib

14 Avqust 2025 13:04

"Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə" təsdiqlənib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, "Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi embleminin təsviri" də təsdiq edilib.

Milli.Az