Ədliyyə Nazirliyinə yeni hüquq verildi - FƏRMAN

14 Avqust 2025 13:00

Azərbaycanda məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Ədliyyə Nazirliyi kinoloji xidməti tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə də istifadə olunacaq.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Fərmana edilən dəyişiklikdə əksini tapıb.

Milli.Az