Məşhur reper ağır qəzaya düşdü - FOTO

14 Avqust 2025 15:27

Məşhur amerikalı reper Lil Pump (əsl adı Qazzi Qarsia) avtomobil qəzasına düşüb.

Milli.Az xəbər verir ki, 24 yaşlı ifaçı maşın aşdıqdan sonra pəncərəni sındıraraq sağ çıxıb.

Reper Instagram-da bildirib ki, qəza ad günündən bir neçə gün əvvəl baş verib və ölümdən bir addım uzaqda olub:

"Tanrı var! Sağlamlıq sərvətdir. Pəncərəni sındırmasaydım, indi sağ olmazdım" .

Hadisədən sonra Lil Pump ad günü planlarını dəyişərək kilsəyə gedəcəyini açıqlayıb.  

Milli.Az