Rusiya nümayəndə heyəti Alyaskaya yola düşdü

14 Avqust 2025 12:55

Rusiya nümayəndə heyəti təyyarə ABŞ-Rusiya sammitində iştirak etmək üçün Alyaskaya uçub.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Məlumata görə, təyyarədə Putin və Tramp arasında ABŞ-də keçiriləcək tarixi sammitə hazırlaşanlar var. 

Avqustun 15-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür. 

Milli.Az