Canan Karataydan xəbərdarlıq: Qabığı ilə yeməyin!

15 Avqust 2025 08:08

Təbii qidalanma və sağlam yaşam üzrə ekspert Prof. Dr. Canan Karatay limonun düzgün istehlak edilməməsinin ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini bildirib.

Milli.Az xəbər verir ki, Karatay xüsusilə limon qabığında aparılan "mumlama" prosesi barədə vətəndaşları xəbərdar edib.

Onun sözlərinə görə, limon qabığındakı kimyəvi mumlar bağırsaq florasına zərər verir, həzm sisteminə mənfi təsir göstərir və uzun müddətdə immuniteti zəiflədə bilər. Karatay əlavə edib ki, bu maddələr hətta xərçəng riskini artırır.

Ekspert vurğulayır ki, hazır meyvə və tərəvəzlər yaxşıca yuyulmadan və qaynağı bilinmədən istehlak edilməməlidir. Limon qabığını sağlam şəkildə istifadə etmək üçün:

Üzvi və mumsuz məhsullar seçilməlidir,

Məhsulu sirkəli suda isladıb yaxşıca yumaq tövsiyə olunur.

Karatay bildirir ki, düzgün yuyulmamış və mumlanmış limon qabığı bağırsaq florasındakı faydalı bakteriyalara zərər verir, buna görə də sağlamlıq üçün təhlükəli ola bilər.

Milli.Az