Ukrayna Rusiyada neft emalı zavodunu vurdu - VİDEO

14 Avqust 2025 10:15

Avqustun 14-nə keçən gecə Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Volqoqrad şəhərinə hücum edib.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov açıqlayıb. 

Hücum zamanı şəhərdə "Lukoyl-Volqoqrad neft emalı zavodu"nun ərazisində partlayış, daha sonra isə yanğın baş verib.

Milli.Az