Şair, jurnalist Kəramət Şükürov bu gün saat 19-20 radələrində ölüb.
APA-nın əldə etdiyi məlumata görə, şairin ölümündə kriminal hal yoxdur, adi ölüm hadisəsi baş verib.
Araşdırma aparılır.
-------
22:33
Şair Kəramət Şükürov küçədə ölü tapılıb.
Bu barədə APA-ya "Qobustan" dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov məlumat verib.
İlkin məlumata görə, Yasamal Rayon Prokurorluğunda ölüm faktı ilə bağlı araşdırma başladılıb.
Kəramət Şükürovun vəfat səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957- ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub.
Milli.Az