"Rusiya atəşkəsə razı olmasa..."

13 Avqust 2025 21:30

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə bağlı xəbərdarlıq edib.

Milli.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Tramp cümə günü Rusiya Prezidenti Vladimir Putinlə keçiriləcək görüşdə Ukraynada atəşkəs barədə razılıq əldə olunmazsa, Moskvanı ciddi nəticələrin gözlədiyini bildirib.

"Çox ciddi nəticələr olacaq. Bəli", - deyə ABŞ lideri jurnalistlərin sualını cavablandırıb.

Milli.Az