Azərbaycan Beynəlxalq Bankı (ABB) 11 sentyabr 2025-ci ildən etibarən TamKart və Azercell ko-brend kart sahibləri üçün yeni şərtlər tətbiq edəcək.
Milli.Az xəbər verir ki, ölkədaxili bütün kartlara köçürmə və istənilən ATM-dən nağdlaşdırma əməliyyatlarında 3 000 AZN-dək məbləğlər üçün komissiya tutulmayacaq. Lakin bu limiti keçən məbləğlərdə 1% komissiya tətbiq ediləcək. Minimum komissiya haqqı 1 AZN və ya ekvivalent valyutada müəyyən olunub.
Bankın öz kartları və hesabları arasında aparılan köçürmələr limitsiz və komissiyasız qalacaq.
Qeyd edək ki, dəyişikliklər yalnız TamKart və Azercell ko-brend kart sahiblərinə şamil olunur.
Milli.Az