Mersinin Silifke rayonunda qırmızı bülletenlə axtarışda olan Azərbaycan əsilli A.J. jandarma tərəfindən tutulub.
Milli.Az xəbər verir ki, il Jandarma Komandanlığının JASAT qrupları şübhəlinin Antalyadan Mersinə gəldiyi barədə məlumat əldə edərək əməliyyat keçirib. Silifkədə saxlanılan A.J. avtomobilində ələ keçirilib.
Rəsmi məlumata görə, əməliyyat sonrası şübhəli ekstradisiya prosedurlarının icrası üçün İmmiqrasiya İdarəsi Baş İdarəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Fidan
Milli.Az