Braziliyada zavodda partlayış - Ölənlər var

13 Avqust 2025 15:44

Braziliyada partlayıcı məhsullar istehsal edən zavodda partlayış baş verib.

Milli.az xəbər verir ki, bu barədə Parana ştatının qubernatoru Ratinyo Junior X hesabında məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində doqquz nəfər həyatını itirib.

"Kuatru-Barrasda baş verən partlayışda həlak olan doqquz nəfərə görə dərin təəssüf hissi keçirirəm", - deyə o yazıb.

Milli.Az