Saatlıda 52 yaşlı qadın faciəli şəkildə öldü

13 Avqust 2025 11:00

Saatlıda 52 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.

Milli.Az xəbər verir ki, hadisə Saatlının Qaranuru kəndində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Validə Abışovanı soyuducunu elektrik şəbəkəsinə qoşarkən cərəyan vurub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az