Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 13-ü saat 1 radələrində Mingəçevir şəhəri Nizami küçəsində baş verib.
2004-cü il təvəllüdlü Yevlax rayon sakini Rəşad Məmmədov şəhər ərazisində bir xanıma sevgi mesajı yazıb. Bundan həmin xanımın qohumu 1995-ci il təvəllüdlü İbrahim Tahiri xəbər tutub və o, R.Məmmədovla görüşərək mübahisə edib.
Mübahisə nəticəsində R.Məmmədov İ.Tahirini ürəyindən bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törədən R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
Milli.Az