Qusarda ana doğuşdan sonra öldü - "Günahı həkimdə görürəm" - YENİLƏNİB

13 Avqust 2025 20:58

Qusarda ana ölümü qeydə alınıb.

Milli.Az Baku Tv-yə istinadla xəbər verir ki, Xuray kənd sakini Yasəmən Ospatova ikinci övladını dünyaya gətirmək üçün Qusar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. O, doğuşdan sonra həyatını itirib.

Mərhumun həyat yoldaşı Zakir Ospatov hadisənin həkim səhlənkarlığı səbəbindən baş verdiyini söyləyib.

"Əməliyyat uzun çəkdi. Səbəbini soruşanda əməliyyatın ağır keçdiyini dedilər. Sonra həyat yoldaşımı reanimasiyaya yerləşdirdilər. Səhər mənə zəng gəldi, təcili xəstəxanaya çağırdılar və yoldaşımın vəfat etdiyini dedilər. Günahı həkimdə görürəm. Birinci övladımız dünyaya gələndə də yoldaşımın başına belə hadisə gətirmişdi", - deyə o əlavə edib.

-------

10:34

Qusar rayonunda ana doğuşdan sonra ölüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən rayonun Piral kənd sakini, 1994-cü il təvəllüdlü Yasəmən Ospatova qeysəriyyə əməliyyatından iki gün sonra ölüb.

Yaxınları onun əməliyyatdan sonra komaya düşdüyünü, ötən gün xəstəxanada öldüyünü bildiriblər.

Y.Ospatovanın avqustun 11-də dünyaya gətirdiyi körpənin (qız) vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.

Bu, onun ikinci hamiləliyi olub.

Milli.Az