Qubada əməliyyat: saxlanılanlar var

13 Avqust 2025 11:40

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Baxşiyev və Salyan rayon sakini Yadulla Səmədov tutulub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, onlardan külli miqdarda psixotrop maddə - metamfetamin, heroin, ümumilikdə 117 ədəd metadon, preqabalin və tramadol həbləri aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az