Türkiyəli aktyor Berk Oktay yenidən şəxsi həyatı ilə gündəmə gəlib.
Aktrisa Gülsim Ali ilə adı hallanan aktyor bu dəfə aparıcı Tuğçe Aralın iddiaları ilə medianın diqqətini çəkib.
Tuğçe Aral "Beyazmagazin" proqramında Berkin ona göndərdiyini iddia etdiyi mesajları aparıcılara oxudub. O, sosial şəbəkələrdə evli bir aktyorun ona yazdığını bildirib və bu şəxsin Berk Oktay olduğunu iddia edib.
Berk Oktay isə vəkili vasitəsilə yayımladığı açıqlamada bütün ittihamları təkzib edib və məsələyə dair hüquqi proses başladıldığını bildirib.
Qeyd edək ki, Berk Oktay həmkarı Yıldız Çağrı Atiksoy ilə evlidir və cütlüyün bir qız övladı var.
Kənan
Milli.Az