Balıkesirdə 3 gündə 879 zəlzələ oldu

13 Avqust 2025 09:52

Balıkesirin (Türkiyə) Sındırgı rayonunda avqustun 10-dan 12-dək 879 zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD)məlumat verilib.

Məlumata görə, yeraltı təkanlardan 744-ü 3.0 baldan az, 120-si isə 3.0 ilə 3.9 bal arasında olub.

Həmçinin qeyd edilən dövr ərzində 4.0 - 4.9 bal gücündə 17 zəlzələ yerli sakinlər arasında narahatlıq yaradıb.

Milli.Az