Avqustun 15-də Alyaskada keçiriləcək Vladimir Putin və Donald Tramp görüşü Rusiya liderinin təşəbbüsü ilə baş tutacaq.
Milli.Az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Levitt brifinqdə bildirib ki, görüşün keçirilməsi ideyası Putindən gəlib və Tramp bu təklifi qəbul edib.
Jurnalistlərin Ukrayna prezidenti Vladimir Zelenskinin niyə dəvət olunmaması ilə bağlı sualını cavablandıran Levitt qeyd edib ki, qarşıdan gələn görüşdə Ukraynadakı münaqişənin yalnız bir tərəfi təmsil olunacaq.
TASS-ın mənbələri də Zelenskinin görüş günlərində Alyaskaya gəlməsinin gözlənilmədiyini və bunun mümkün müsbət nəticələrə mane olmamaq məqsədi daşıdığını vurğulayıb.
Zelenski isə daha əvvəl Putin və Trampla üçtərəfli görüş planının olduğunu, lakin tarixinin müəyyənləşmədiyini bildirib. O, həmçinin qeyd edib ki, Kiyevin iştirakı olmadan Ukrayna ilə bağlı heç bir qərar qəbul edilməyəcək.
Fidan
Milli.Az