Ulduzlar bu həftənin sonuna qədər bəzi bürclərə maddi və mənəvi baxımdan bol-bol fürsət vəd edir.
Milli.Az xəbər verir ki, astroloqların proqnozuna görə, şans qapıları xüsusilə dörd bürc üçün geniş açılacaq.
Qoç
Enerjinizin və təşəbbüskarlığınızın bəhrəsini görəcəksiniz. Yeni gəlir mənbəyi və ya gözlənilməz bir pul girişi sizi sevindirəcək.
Əkizlər
Yaradıcı ideyalarınız maddi qazanca çevrilə bilər. Ətrafınızdakı insanlardan dəstək və sərfəli təkliflər alacaqsınız.
Qız
İş yerində mükafat və ya maaş artımı ehtimalı yüksəkdir. Eyni zamanda, uzun müddət həllini gözlədiyiniz maliyyə məsələsi yoluna qoyulacaq.
Oğlaq
Səbir və planlılığınızın qarşılığını alacaqsınız. Böyük bir layihədən gəlir əldə edə və ya sərmayənizin dəyər qazandığını görə bilərsiniz.
Astroloqlar tövsiyə edir ki, bu həftə qarşınıza çıxan maliyyə imkanlarını dəyərləndirin, amma düşünmədən risk etməyin. Ulduzlar sizin tərəfinizdədir.
Fidan
Milli.Az