Azad edilmiş ərazilərdə bügünədək aşkarlanan minaların sayı açıqlanıb

13 Avqust 2025 09:10

İşğaldan azad edilmiş ərazilərdə bugünədək 220 178.2 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, aparılan əməliyyatlar nəticəsində 37 818 ədəd piyada əleyhinə mina, 22 059 ədəd tank əleyhinə mina, 144 604 ədəd partlamamış hərbi sursat olmaqla ümumilikdə 204 481 ədəd mina və partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.

Milli.Az