Sabiq hərbi prokuror vəfat etdi - FOTO

12 Avqust 2025 13:15

Azərbaycanda sabiq hərbi prokuror vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, baş ədliyyə müşaviri, təqaüddə olan hərbi prokuror Əhməd İmanquliyev 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ə.İmanquliyev Naxçıvan, Qazax, Hacıqabul rayonlarının hərbi prokuroru vəzifəsində çalışıb. Həmçinin Baş Prokurorluqda müxtəlif vəzifələrdə işləyib.

Milli.Az