İlham Əliyev Hicran Hüseynova ilə bağlı Sərəncam imzaladı

12 Avqust 2025 12:52

Hicran Hüseynova "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Hicran Kamran qızı Hüseynova 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Milli.Az