"AHİK fərdi üzvlük əsasında və könüllülük əsasında formalaşan ictimai təşkilatdır. Məcburi üzvlükdən söhbət gedə bilməz".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat konfransında sədrin müşaviri Nuranə İbadova səsləndirib.
O bildirib ki, AHİK-ə üzvlüklə bağlı müraciətlərin sayı çoxalır:
"Məcburi üzvlüklə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, AHİK-ə müraciət edildikdən sonra həmin şəxs üzvlükdən çıxarıla bilər".
Milli.Az