Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında uğurla çıxış edən akrobatika gimnastikası üzrə kişi cütlüyümüz - Murad Rəfiyev və Daniel Abbasov, eləcə də tamblinq üzrə təmsilçimiz Tofiq Əliyev gümüş medalla Vətənə dönüblər.
Milli.Az xəbər verir ki, gimnastlarımız hava limanında federasiya nümayəndələri, gənc gimnastlar və ailə üzvləri tərəfindən qarşılanıblar.
Qeyd edək ki, yarışda Tofiq Əliyev tamblinq növündə ilk dəfə çətin element olan havada üçlü salto və üçlü vint hərəkətini uğurla icra edib.
Uğurlarınızla fəxr edirik!
Milli.Az