Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova sosial şəbəkədə yeni fotolarını izləyiciləri ilə bölüşüb.
Milli.Az xəbər verir ki, o, paylaşımına anasının məşhur "Etiraf" mahnısından sitat da əlavə edib:
"Mən bu yollardan çox keçmişəm, hər cür insanları çox görmüşəm", - deyə İlqarə yazıb.
Şəkillərdə İlqarənin özünəinam dolu duruşu və emosional mesajı diqqət çəkib.
Qeyd edək ki, İlqarə Kazımova uzun fasilədən sonra yenidən səhnəyə qayıdıb və bu paylaşım da onun sənətə dönüşünün bir hissəsi kimi qiymətləndirilir.
Kənan
Milli.Az