Türkiyədə yenə zəlzələ oldu

11 Avqust 2025 21:29

Türkiyənin Balıkesir şəhərində 4,4 maqnitudalı zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) yayıb.

Bildirilib ki, yeraltı təkanlar Sındırğı rayonunda yerli vaxtla 19:52-də (Bakı vaxtı ilə 20:52-də) qeydə alınıb.

Qeyd edək ki, dünən də Sındırğıda 6,1 maqnitudalı güclü zəlzələ olmuşdu.

Milli.Az