Türkiyəli aktyor Doğacan Taşpınar vəfat edib.
Milli.Az xəbər verir ki, məlumat "Oyuncular Sendikası" sosial şəbəkə hesabında paylaşılıb. Bildirilib ki, 45 yaşlı aktyorun ölüm səbəbi hələ açıqlanmayıb.
Doğacan Taşpınar 1980-ci ildə Ankarada anadan olub. 2003-cü ildə Haliç Universiteti Konservatoriya Teatr Bölməsini bitirib və elə həmin ildən Bakırköy Bələdiyyə Teatrlarında fəaliyyətə başlayıb. O, "Sezuan'ın İyi İnsanı", "Teneke", "Tersine Dünya" və "Sokak Kızı İrma" kimi tamaşalarda rol alıb, həmçinin "Küçük Kadınlar" serialında da çəkilib.
Qeyd edək ki, Doğacan Taşpınar teatr yazarı Balca Yücesoy ilə evli idi.
Milli.Az