Makrondan sülh razılaşmasına münasibət

11 Avqust 2025 20:30

Fransa Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişini alqışlayır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bunu Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığını şərh edərkən "X" hesabında yazıb.

"Mən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə ABŞ-nin iştirakı ilə razılaşmanın əldə edilməsini bir daha alqışladım. Mən bu razılaşmanın tezliklə hər bir tərəfin maraqlarını nəzərə alan sülh sazişinin imzalanmasına və ratifikasiyasına gətirib çıxaracağına ümidvar olduğumu bildirdim", - Makron qeyd edib.

Fransa Prezidenti bütün regional iştirakçılar və tərəfdaşlarla əməkdaşlıq çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi də daxil olmaqla, cari səylərə dəstək və töhfə verməyə hazır olduğunu vurğulayıb.

Milli.Az