Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verildi

11 Avqust 2025 19:00

Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu qərar hakimin öz müraciəti əsasında qəbul olunub.

A.Paşayeva ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçəcəyini bildirib. Bu səbəbdən vəzifədən getmək üçün ərizə təqdim edib. Məhkəmə-Hüquq Şurası ərizəni təsdiqləyib.

Qeyd edək ki, Adilə Paşayeva həm də Sabunçu Rayon Məhkəməsinin spiker hakimi vəzifəsini icra edirdi.

Milli.Az