Yenidoğulmuş körpənin nəbzi və hərarəti – Valideynlər üçün vacib göstəricilər

12 Avqust 2025 02:02

Yenidoğulmuş körpələrin sağlam inkişafı üçün onların tənəffüs sürəti, nəbz və bədən hərarətinin normal diapazonda olması vacibdir. Pediatrların məlumatına görə, ilk aylarda körpənin tənəffüs tezliyi adətən dəqiqədə 40-60 dəfə olur.

Milli.Az xəbər verir ki, nəbz göstəricisi (ürək döyüntüləri) isə dəqiqədə 120-160 vurğu aralığında olmalıdır. Körpənin hərarəti 36,5°C-37,5°C aralığında saxlanmalıdır. Bu göstəricilərdə ciddi dəyişikliklər müşahidə olunarsa, dərhal həkimə müraciət etmək tövsiyə olunur.

Mütəxəssislər valideynlərə körpənin vəziyyətini gündəlik izləməyi, hərarəti üçün rəqəmsal termometrdən istifadə etməyi və tənəffüs-nəbz sayını vaxtaşırı yoxlamağı məsləhət görürlər.

Milli.Az