Paşinyan indi də Markona zəng etdi

11 Avqust 2025 16:30

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makrona zəng edib.

Milli.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə N.Paşinyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, telefon danışığının əsas mövzusu Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə avqustun 8-də Vaşinqtonda keçirilən görüş və əldə edilən razılaşmalar olub.

N.Paşinyan və E.Makron ATƏT-in Minsk qrupu mexanizmlərinin ləğvi ilə bağlı birgə bəyanatı da müzakirə ediblər.

Qeyd edək ki, bundan əvvəl Paşinyan İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.(Oxu.Az)

Milli.Az