Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM

11 Avqust 2025 13:22

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununlıa bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhəri, Sülh prospekti ünvanında yerləşən və "Azərboru" Açıq Səhmdar Cəmiyyətinin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 26,6676 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Milli.Az