2025-ci ilin yanvar-iyul ayları ərzində Sverdlovsk vilayətindən minə yaxın miqrant qanun pozucusu ölkədən deportasiya olunub. Deportasiya edilənlərin əksəriyyətini Mərkəzi Asiya ölkələrinin vətəndaşları təşkil edir.
Milli.Az xəbər verir ki, məlumatlara görə, Tacikistandan 400-dən çox, Özbəkistandan təxminən 300, Qırğızıstandan isə 130-dan çox qeyri-qanuni mühacir vətəninə geri göndərilib. Siyahıda həmçinin 33 azərbaycanlı da yer alır. Bundan əlavə, Gürcüstan, Misir və Çin vətəndaşlarından azsaylı şəxslər (1-dən 6 nəfərə qədər) vilayət ərazisini tərk etməyə məcbur olublar.
Federal Məhkəmə İcraçıları Xidmətinin regional Baş İdarəsindən verilən açıqlamada bildirilir ki, deportasiya edilən şəxslər əsasən Rusiyaya iş məqsədilə gəlsələr də, qanuni əsas olmadan ölkədə qalmışlar. Onlar müvəqqəti saxlanma mərkəzlərində deportasiya prosedurunun tamamlanmasını gözləyiblər.
Fidan
Milli.Az