Rayonlararası marşrutlar üzrə qatarların qrafikində dəyişikliklər edilib - FOTO

11 Avqust 2025 12:45

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) rayonlararası marşrutlar üzrə qatarların qrafikində dəyişikliklər edib.

ADY-dən Milli.Az-a verilən məlumata görə, Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 11-dən etibarən Bakı-Balakən-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Qazax-Bakı marşrutu üzrə sərnişin qatarları yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərir.

Milli.Az