Quşları üçün 80 bilet aldı - FOTO

11 Avqust 2025 08:30

Səudiyyə şahzadəsi 80 şahin üçün təyyarə bileti alıb.

Milli.Az xəbər verir ki, Səudiyyə Ərəbistanında şahzadənin sərnişin təyyarəsində 80 şahin üçün bilet aldığı iddia olunub.

"Khaleej Times"ın məlumatına görə, Reddit sosial şəbəkəsində paylaşılan və sürətlə yayılan fotoda gözləri bağlı, oturacaqlara möhkəm bağlanmış şahinlər sərnişin salonunda əyləşmiş halda görünür.

Şəkli "lensoo" adlı istifadəçi paylaşaraq, "Kapitan dostum mənə bu fotonu göndərdi. Səudiyyə şahzadəsi 80 şahin üçün bilet aldı" yazıb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin milli quşu sayılan şahinin Yaxın Şərqdə daşınması nadir hal deyil. Hətta BƏƏ-də şahinlərə yaşıl rəngli xüsusi pasport verilir ki, bu sənəd onlara Bəhreyn, Küveyt, Oman, Qatar, Səudiyyə Ərəbistanı, Pakistan, Mərakeş və Suriyaya səyahət etməyə imkan yaradır.

"Qatar Airways"in qaydalarına görə ekonom klasda maksimum 6 şahin daşına bilər. "Flydubai" şirkətinin nümayəndəsi isə bildirib ki, şahinlərin öz oturacağı olmalı və altına xüsusi parça sərilməlidir.

İsmayıl
Milli.Az