Aparıcı Vüsalə qəzaya düşdü - FOTO

10 Avqust 2025 23:05

Aparıcı Vüsalə Səidin başına iş gəlib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı oğlunun xəstəxanalıq olduğunu, özünün isə avtomobil qəzası keçirtdiyini deyib. 

"Şükür Allahın məsləhətinə. Allah betərindən qorudu. Hər şey yaxşı olacaq. 2 aydır başımıza gəlməyən qalmadı. Öncə qardaşım oğlu futbolda qolunu sındırdı. Sonra oğlum Səid ayağını sındırdı. Yekunda da mənim maşınımı vurdular. Yaxşıyıq" deyə, aparıcı əlavə edib. 

Milli.Az