"Bu, biabırçılıqdır"

9 Avqust 2025 18:50

Əfsanəvi fransalı futbolçu Tyerri Anri "Liverpul"un sabiq yarımmüdafiəçisi Stiven Cerrarddan danışıb.

Milli.Az  xəbər verir ki, o, ingilis veteranın "Qızıl top" mükafatını qazanmamasının ədalətsizlik olduğunu bəyan edib:

"Qızıl top"un qaliblərini necə istəyirlərsə, elə də müəyyənləşdirirlər. Hər il ilk üç soyada baxır və fikirləşirsiniz: "Doğrudan belədir? 

Məsələn, Cerrardın Çempionlar Liqasının 2005-ci ildə İstanbulda baş tutan finalından sonra "Qızıl top"a layiq görülməməsinə ad tapmaq çətindir. Bu, biabırçılıqdır. Mən Stiveni bütün dövrlərin ən böyük yarımmüdafiəfilərindən biri sayıram".

Xatırladaq ki, 2005-ci ildə reallaşan finalda "Milan"la qarşılaşan "Liverpul" fasiləyə 0:3 hesabı ilə geridə yollansa da, sonradan 3 qol vurub və oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirərək qələbə qazanıb. İkinci yarıda vurulan qollardan birinə Cerrard imza atıb. /Fanat.Az

Milli.Az