Çaqqal 3 nəfərə hücum etdi

9 Avqust 2025 13:41

Cəlilabad rayonunda çaqqal kənd sakinlərinə hücum edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şatırlı kəndində baş verib.

Nəticədə 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Cəlilabad rayon xəstəxanasına hospitalizasiya olunublar.

TƏBİB-dən bildirilib ki, Çaqqal dişləməsi səbəbilə 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

1974 (2 nəfər qadın cinsli) və 1999-cu il təvəllüdlü şəxslərə hər iki aşağı və yuxarı ətrafların dişlənmiş yaraları diaqnozları təyin olunub.
 
Hər üç şəxsə zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Milli.Az