Ağır QƏZA: 3 ölü var - FOTO

9 Avqust 2025 10:42

Tərtərdə ağır yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunda qeydə alınıb. 

Yük maşınının "Opel" markalı minik maşını ilə toqquşması nəticəsində 3 nəfər həyatını itirib. 

Ölənlər minik maşınında olanlardır: 

1972-ci il təvəllüdlü Mustafayev Ramin Nurəddin oğlu,

1974 - cü il təvəllüdlü Quliyev Həbib İvan oğlu,

1998-ci il təvəllüdlü Quliyev Vudadi Həbib oğlu.

Fakla bağlı araşdırma aparılır.

Milli.Az