"Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq"

9 Avqust 2025 10:24

Ermənistan və Azərbaycan artıq Vaşinqtondakı sənədi imzalamaqla sülh bağlayıblar.

Milli.Az xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransı zamanı deyib.

Paşinyan görüş barədə bunları deyib:

"Baş verən - tarixi bir hadisədir. Mən artıq neçənci aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu gün biz artıq deyə bilərik ki, sülh bərqərar olub və o bizim ölkələrin suverenlikləri və ərazi bütövlükləri çərçivəsində bərqərar olub".

Milli.Az