İlham Əliyev: Prezident Trampla ilk görüşümüz səmimi və nəticəyönümlü oldu

9 Avqust 2025 03:14

Prezident Trampla ilk görüşümüz çox mehriban, səmimi və nəticəyönümlü oldu.

Milli.Az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, onun Prezident Trampa şəxsi münasibəti həmişə çox müsbət olub. "O, Azərbaycan xalqı kimi ailə dəyərlərini qiymətləndirən insandır", - deyə Prezident İlham Əliyev əlavə edib.

Milli.Az