Prezident: Hazırda Azərbaycan təbii qazı NATO-nun üzvü olan 10 ölkəyə tədarük edilir - VİDEO

9 Avqust 2025 02:33

Hazırda Azərbaycan təbii qazı NATO-nun 10 üzvünə - ABŞ-ın 10 müttəfiqinə çatdırılır. Bizim qaz tədarükümüz 14 ölkəni əhatə edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

Dövlətimizin başçısı Azərbaycanın qaz təchizatı baxımından dünyada lider ölkələrdən biri olduğunu bildirib.

Milli.Az