"Ədalətsiz 907-ci düzəlişin mənim iştirakımla ləğv edilməsi rəmzi xarakter daşıyır"

9 Avqust 2025 02:15

Ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi, bunun məhz ofisdə mənim iştirakımla baş tutması, əlbəttə ki, çox rəmzi xarakter daşıyır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

"Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o (ABŞ Prezidenti Donald Tramp - red.), mənim iştirakımla bunu etməyə qərar vermişdir", - deyə Azərbaycan Prezidenti əlavə edib.

Milli.Az