İlham Əliyev Trampın Nobel mükafatına layiq görülməsi üçün Nobel komitəsinə müraciət etməyi təklif edib

9 Avqust 2025 01:02

Prezident İlham Əliyev Donald Trampın Nobel mükafatına layiq görülməsi üçün Nikol Paşinyan ilə birgə Nobel komitəsinə müraciət etməyi təklif edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Vaşinqtonda birgə bəyanat zamanı bu barədə deyib: "Bəlkə biz Baş nazir Paşinyan ilə razılaşarıq və Nobel mükafatının komitəsinə birgə təşəbbüs də irəli sürə bilərik. Cənab Tramp bu mükafata layiqdir".

Milli.Az