Kerem bu şərtlə "Fənərbağça"ya keçə bilər

8 Avqust 2025 12:43

"Benfika" Kerem Aktürkoğlunun "Fənərbağça"ya gedişi üçün çətin şərt qoyub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "bül-büllər" "Feyenoord"dan üstün ola bilməsə, transfer baş tutacaq.

Çünki İstanbul təmsilçisisi bu mərhələni keçə bilsə, pley-offda "Benfika" ilə qarşılaşma ehtimalı yüksəkdir. Lissabonlular Çempionlar liqasında ilk oyunda səfərdə "Nitsa"nı 2:0 hesabı ilə məğlub etməyi bacarıb.

Qeyd edək ki, "Sarı lacivərdlilər" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Niderlandda "Feyenoord"a 1:2 hesabı ilə uduzub. Cavab oyunları avqustun 12-si keçiriləcək.

Hüseyn
Milli.Az