Ağ Ev bu gün baş tutacaq Trampın Əliyev və Paşinyanla görüşlərinin qrafikini (Bakı vaxtı ilə) yayıb.
Trend həmin qrafiki təqdim edir:
22:30 - Prezident Tramp Ermənistan baş naziri Nikol Paşinyanla görüşür
22:35 - Ağ Evin oval kabinetində Tramp və Paşinyan arasında ikitərəfli görüş keçirilir
23:05 - Trampla Paşinyan arasında sənədin imzalanma mərasimi
23:10 - Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qəbul edir
23:15 - Tramp və İlham Əliyev arasında Ağ Evin Oval kabinetində ikitərəfli görüş keçirilir..
23:45 - Trampla İlham Əliyev arasında sənəd imzalanır.
00:15 - Tramp, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli imzalanma mərasimi keçirilir
Milli.Az